Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçirilib.
Sportal.az xəbər verir ki, XIII turun bütün görüşləri eyni gündə baş tutub.
Mərkəzi matç "Qarabağ"la "Zirə" arasında baş tutub. Ağdam klubu qarşılaşmanın gedişində 0:2 hesabı ilə geri düşsə də, sonradan 3 qol vurmaqla qələbə qazanıb.
Dİgər qarşılaşmalarda "Qəbələ" səfərdə "Səbail"i 3:1, "Sabah" rəqib meydanında "Sumqayıt"ı 2:1 məğlub edib.
Günün son oyununda "Neftçi" və "Keşlə" münasibətlərinə aydınlıq gətirib. "Ağ-qaralar" 2:1 hesablı qələbə ilə liderliyini qoruyub. 2-ci dövrənin bir turu gələn ilə təxirə salınsa da, hər halda "Neftçi" bu nəticə ilə qış çempionu adını qazanıb. Ən yaxın rəqibi "Qarabağ"əı 1 xal qabaqlayan Samir Abasovun komandası rəqibindən 1 oyun çox keçirib.
Azərbaycan Premyer Liqası
XIII tur
24 dekabr (cümə axşamı)
16:00. “Səbail” – “Qəbələ” - 1:3
Qollar: Turan Manafov, 52 - Ülvi İsgəndərov, 20, Asif Məmmədov, 27, Ceyms Adeniyi, 90+2
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”
16:00. “Sumqayıt” –“ Sabah” - 1:2
Qollar: Xəyal Nəcəfov, 31 - Slavik Alxasov, 26, Aleksey İsayev, 65 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
16:00. “Qarabağ” – “Zirə” - 3:2
Qollar: Mahir Emreli, 58, Kvabena Ovusu, 83, 89 - Ağabala Ramazanov, 2, 47
Qırmızı vərəqələr: Kevin Medina, 90+2 - Dmitrios Çantakias, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”
18:00. “Neftçi” – “Keşlə” - 2:1
Qollar: Mirabdulla Abbasov, 65, 81 - Rəhman Hacıyev, 68
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”