"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt"la səfər oyunundan sonra fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2:1 hesablı qəıəbəni belə şərh edib.
"Futbolçularımı təbrik edirəm, bu gün əllərindən gələni etdilər. Oyun, xüsusilə ilk hissə bizim nəzarətimizdə idi. Kifayət qədər qol imkanları yaratsaq da, bunlardan istifadə edə bilmədik. Rəqib isə sadə epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Bundan sonra komandada bir qədər gərginlik, həyəcan yaşansa da, qol vuraraq matçdan qələbə ilə ayrılmağı bacardıq".