«Qarabağ»ın 2 gənc futbolçusu Türkiyə klublarının maraq dairəinə düşüb.
Yarımmüdafiəçilər – İsmayıl İbrahimli və Toral Bayramov Super Liqa təmsilçilərinin diqqət mərkəzindədir.
Bilindiyiz kimi, Azərbaycan çempionu UEFA-nın qərarı ilə Avropa Liqasında ev oyunlarını İstanbulda keçirməli oldu. Burada keçirilən oyunları canlı izləyən yerli menecerlər hər iki oyunçu barədə «Qarabağ» rəsmilərindən əlavə məlumatlar toplayıb.
Türkiyəli skautlar «Yeni Maltyaspor», «Ankargücü» və «Hatayspor»un azərbaycanlı futbolçulara həvəs göstərdiyini, bu səbəbdən, qarşıdakı aylarda da onları izləyəcəklərini bildiriblər (sportinfo.az).
saytlarin hazirlanmasi