"Prins İbara ilə yolların ayrılması baş məşqçinin verdiyi qərardır. Oturub danışıldı və qarşılıqlı razılıq əsasında konqolu legionerlə vidalaşdıq".
Bu sözləri "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
Klub sözçüsü "Qəbələ"nin Nigeriyadan olan forvardı Ceyms Adeniyinin adının onlarla yanaşı hallanmasına da münasibət bildirib:
"Adeniyi ilə bağlı nəsə yoxdur. Ümumiyyətlə, hazırda hücum mövqeyi ilə bağlı hansısa futbolçu ilə danışıq aparmırıq" (sportinfo.az).
saytlarin hazirlanmasi