Premyer Liqada qış fasiləsinə 5-ci pillədə yollanan “Qəbələ” heyətini genişləndirmək niyyətindədir.
“Qırmızı qaralar”ın maraq dairəsində olan iki futbolçu artıq məlumdur.
Koronavirus pandemiyası ilə əlaqədar əcnəbi transferi çətinləşdiyindən baş məşqçi Elmar Baxşıyev yerlilərə üstünlük verir. Gənc mütəxəssis ölkə xaricində çıxış edən iki yerli oyunçunun – yarımmüdafiəçi Amit Quluzadə və hücumçu Nurlan Novruzovun xidmətində maraqlıdır.
Estoniyanın “Narva” klubundan noyabrda ayrılan Novruzov hazırda azad agent statusu daşıdığından, onun keçidində hər hansı problem yoxdur. Quluzadə isə Moldovada legioner həyatı yaşayır. Lakin oktyabrdan bəri heyətə düşə bilməyən Amit də oranı tərk etmək niyyətindədir. “Qəbələ” tezliklə adıçəkilən oyunçularla danışığa başlayacaq.
Qeyd edək ki, 27 yaşlı Nurlan Novruzov U-19 və U-21 yığmamızda oynayıbsa, 28 yaşlı Amit Quluzadə aşağı yaş qrupu komandaları ilə yanaşı, əsas millidə çıxış edib. O, 2013-2014-cü illərdə “Qəbələ”nin formasını da geyinib (apasport.az).
saytlarin hazirlanmasi