Mahir Emreli "Beşiktaş"a keçə bilər

10:33 - 28 Dekabr 2020

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubunun transfer siyahısındadı.

Sportal.az xəbər verir ki, türk jurnalist Haldun Domaç İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçının 23 yaşlı hücumçunu izlədiyini deyib:

"Beşiktaş" üçün önəmli mövqelərdən biri hücum xəttidi. Cenk Tosun komandaya qayıdacaqmı? Gəlməsə, onun yerinə kim alınacaq? Baş məşqçinin izlədiyi perspektivli və gələcək vəd edən futbolçu var. Azərbaycanın "Qarabağ" komandasında oynayan 23 yaşlı hücumçu – Mahir Emreli. Çox effektli və kreativ oyunçudu. Həqiqətən yaradıcılığı yüksəkdi. 16 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2021-ci ildə müqaviləsinin müddəti başa çatır. Fantastik cəhətləri də çoxdu. Bəlkə də Sergen Yalçının onu bəyənməsinin əsas səbəblərindən biri budu".

Xəbər xətti