"Qarabağ", "Neftçi" və "Zirə"dən qələbə - YENİLƏNİB

19:56 - 21 Yanvar 2021

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, 2020-ci ildə ilk olaraq keçən ildən təxirə salınmış XIV turun matçları keçirilir. İlk oyun günündə üç görüş baş tutub.

 

Lider “Neftçi” “Səbail”in qonağı olub. "Ağ-qaralar" rəqib meydanında 3:1 hesablı qələbə əldə edib.

 

"Zirə” evdə “Qəbələ” ilə üz-üzə gəlib. Meydan sahibi 3 xalı 2 cavabsız qolla qazanıb.

 

Günün son oyununda  “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb. Ağdam klubu 2:1 hesablı qələbə əldə edib.

 

Tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

 

“Zirə”– “Qəbələ” - 2:0

Qollar: Musa Qurbanlı, 45, David Volkov, 90+3

Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 16:00

 

“Səbail” – “Neftçi” - 1:3

Qollar: Əfran İsmayılov, 28 (pen.) - Sabir Buqrin, 45, 90, Emin Mahmudov, 51

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:00 

 

“Sabah” – “Qarabağ” - 1:2

Qollar: Kevin Kubemba, 60 - Rahil Məmmədov, 8, Mahir Emreli, 73

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”, 18:00.

Xəbər xətti