"Tottenhem"in çalışdırıcısı Joze Mourinyo "Çelsi"dən istefaya göndərilən həmkarı Frenk Lempard barədə açıqlama verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis London klubunun 43 yaşlı çalışdırıcını istefaya göndərməsinə üzüldüyünü deyib:
"Bir həmkarımın istefaya göndərilməsi xəbərinə hər zaman üzülürəm. Frenk tək həmkarım deyil, karyeramda önəmli izi olan şəxsdir. Buna görə daha çox məyusam. O, indiki vəziyyətdə ailəsi və yaxın dostlarından başqa kiminləsə danışmaq istəməyəcək. Bu, futbolun, xüsusilə də müasir futbolun qəddarlığıdır. Baş məşqçi olduğunuz zaman gec və ya tez bu hadisənin sizin də başınıza gələcəyini bilirsiniz".
saytlarin hazirlanmasi