İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Odion İqalo ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı oyunçunun başa çatan icarə müqaviləsi uzadılmayıb. Nigeriyalı futbolçu müqavilə ilə məxsus olduğu Çinin “Şanxay Şenhua” klubuna qayıdıb.
İqalo 2020-ci ilin yanvarında “Mançester Yunayted”ə keçmişdi. O, "qırmızı şeytanlar"da keçirdiyi 23 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi