"Everton"da əsas heyətə düşməkdə çətinlik çəkən Cenk Tosun "Beşiktaş"a qayıtmağa müsbət yanaşır.
Sportal.az xəbər verir ki, türkiyəli hücumçu NTV kanalına açıqlamasında bu barədə məlumat verib:
"Everton" ilə "Beşiktaş"ın anlaşması halında, yenidən "ağ-qara" formanı geyməyə hazıram. Mövsümün sonuna qədər "Beşiktaş"a fayda vermək istəyərəm. Əgər "Everton" transferə razılıq verərsə, mənim üçün problem deyil".
İstanbul təmsilçisinin Premyer Liqa klubuna hücumçunu icarəyə götürmək üçün təklif göndərdiyi bildirilir.
"Everton" 29 yaşlı futbolçunu 2018-ci ildə "Beşiktaş"dan 22,5 milyon avroya transfer edib. O, bu mövsüm keçirdiyi 7 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi