Elxan Məmmədov millinin uğursuz çıxışlarından danışdı

14:25 - 29 Yanvar 2021

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli komandaların 2020-ci ildəki çıxışı ilə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı funksioner pandemiyanın planlara təsir etdiyini deyib:

 

“Ötən il milli komandalar üçün əsas mübarizə koronavirusla bağlı idi. Məhdudiyyətlərə baxmayaraq, yığmalarımız beynəlxalq turnirlərdə iştirak etdi. Sadəcə, baş məşqçi Canni De Byazi vəziyyətlə əlaqədar gec gəldi, müəyyən problemlər oldu. Amma nəsil dəyişməsi baş verdi. Daim bu məsələni müzakirə edirdik. Ortaya tamamilə yeni komanda çıxır. Ölkə xaricində oynayan futbolçular yığmaya gələ bilmədilər. Gənclərimiz onları layiqincə əvəz etdilər. Pandemiya idman sahəsini alt-üst etdi”.

 

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub.

Xəbər xətti