AFFA Rusiyanın "Ximki" klubunun azərbaycanlı futbolçusu Kamran Əliyevi milliyə cəlb etmək istəyir.
Sportal.az xəbər verir ki, bu barədə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, 22 yaşlı hücumçu ilə Türkiyənin Antalya şəhərində görüş keçirilib.
Elxan Məmmədov bildirib ki, bu məqsədlə Cahangir Həsənzadə və İlqar Qurbanov qonşu ölkəyə ezam olunub. Hələ ki Əliyevdən təsdiq cavabı almaq mümkün olmayıb.
Kamran Azərbaycanın U-20 yığmasında keçirdiyi 2 oyunda 1 qol vurub. Əliyev bu mövsüm Rusiya çempionatında 10 oyunda meydana çıxıb və 1 qol vurub.
saytlarin hazirlanmasi