"Liverpul" müdafiə xəttindəki boşluğu doldurmaq üçün "Yuventus"un futbolçusu Merih Dəmiralı transfer etmək istəyir.
Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, "qırmızılar" türkiyəli futbolçunun keçidi üçün Turin təmsilçisinə 45 milyon avro təklif edib. "Qoca sinyora" təklifi qəbul etməyib və qarşı tərəfdən 60 milyon avro istəyib.
Məlumatda "Liverpul"un daha bir təklifə hazırlaşdığı bildirilir.
22 yaşlı müdafiəçi bu mövsüm keçirdiyi 14 oyunda 1 məhsuldar ötürmə edib.
"Yuventus" Dəmiralı 2019-cu ildə "Sassuolo"dan 18 milyon avroya transfer edib. Onun müqaviləsi 2024-cü ilin iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi