"Qarabağ" futbolçusu Donald Gerye ilə yolları ayırıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı cinah oyunçusunun müqaviləsinə qarşılıqlı razılıq ilə xitam verilib.
Ağdam təmsilçisi Geryeni qış fasiləsində komandanın düşərgəsinə gec qoşulduğu üçün əvəzedici heyətə göndərimiş və 20 min dollar cərimə etmişdi.
Haitili futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 6 qol vurub. O, 2017-2019-cu illərdə "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçmişdi. Gerye 2020-ci ilin yayında ağdamlılara qayıtmışdı.
saytlarin hazirlanmasi