"Keyfiyyət sözünü dedi" - Elmar Baxşıyev

20:12 - 1 Fevral 2021

Azərbaycan kubokunun ¼ final mərhələsində səfərdə “Qarabağ”a uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Sportal.az xəbər verir ki, o, öncə məğlubiyyəti şərh edib:
 
- “Qarabağ”ın səviyyəsi hamıya məlumdur. Biz də əzmkarlıqla rəqibə müqavimət göstərmək istədik. Bir az alındı, amma keyfiyyət sözünü dedi. Komandalar arasında fərq böyükdür. Komandanın oyunundan şadam. İnanıram ki, daha da yaxşı oyun nümayiş etdirəcək kollektivimiz var.
 

- Müdafiədə boşluqlarınız var idi. Perspektivli Murad Musayev isə son zamanlar oynamır...
- Bütün futbolçulardan istifadə edirik. Bugünkü oyuna ən optimal heyət bu idi. Qarşıdakı matçlarda ona da şans verəcəyik. Bütün komanda müdafiə olunmaı bacarmalıdı. Səhvi yalnız müdafiəçilərdə görmürəm.

 

- Zubir və Andrade meydana daxil olandan sonra “Qarabağ” daha böyük üstünlük qazandı. Bu, həmin oyunçuların keyfiyyəti ilə bağlı idi, yoxsa komandada yorğunluq var idi?
- Biz oyuna öz prizmamızdan hazırlaşırıq. Unutmamalıyıq ki, rəqib “Qarabağ” idi. “Qarabağ” nə qədər imkan verirsə, o qədər oynayırsan. Zubirin, Andradenin keyfiyyəti bəllidi. Yeni oyunçuların meydana çıxması işimizi çətinləşdirdi.

 

- Sonda vurulan qol növbəti mərhələ baxımından sizə nə qədər şans qazandırır?
- Şans həmişə var. Desək ki, növbəti matça tam motivasiyasız çıxacağıq – yox. Əlimizdən gələni edəcəyik ki, şansımızdan istifadə edək.

Xəbər xətti