Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Keşlə" evdə "Kəpəz"i məğlub edib - 1:0.
Sportal.az xəbər verir ki, "Keşlə" yeganə qolu 42-ci dəqiqədə penaltidən vurub. Rəhim Həsənovun təyin etdiyi 11 metrlik cərimə zərbəsi isə mübahisələrə səbəb olub.
Cərimə meydançasında qarışıqlıq zamanı "Keşlə" oyunçusunun zərbəsindən sonra top Gəncə təmsilçisinin üzvü Ümid Səmədovun əvvəlcə ayağına, daha sonra rikaşet nəticəsində qoluna toxunub. Bir çox hallarda hakimlər belə epizodlarda zərbənin yaxın məsafədən vurulmasını və topun bədəndən sıçradıqdan sonra ələ dəyməsini əsas götürərək, penalti təyin etmir. Ancaq Həsənov "Kəpəz"i cəzalandırmaq qərarına gəlib.
Sözügedən epizod sosial şəbəkələrdə mübahisələrə səbəb olub.
saytlarin hazirlanmasi