"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"yə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:
"Uduzundan sonra nəsə demək çətindir. Çox yaxşı oyun keçdi. Matçın üstündə çox dayanmayacağam. Bizim həddindən artıq azarkeşlərimiz var, onlara müraciət edirəm ki, Səlahət Ağayevin üstünə çox düşməsinlər. Xahiş edirəm. Onu qapıya qoyanda səhv var. Öz komandamıza görə onun üstünə düşməyək. Təcrübəsi var, onun da səhv etməsi normaldır. Azarkeşlərdən xahiş edirəm ki, yazılarımıza diqqət edək. Bundan sonra bizim komandamıza çətin olacaq. "Zirə" müdafiəyə meyil etdi. Amma nəticəni dəyişə bilmədik. Monroz və Lavalla bağlı problem var. Hücumçu da ala bilməmişik".
Abasovun sözlərinə görə, rəqib Sabir Buqrinin oyununu bağlayıb: "Necə edə bilərik? İkinci Buqrinimiz yoxdur. Yenə şanslar 50 faizdir. Özümüzə inanırıq. Riçard Almeyda ayağını tutanda futbolçulara dedim ki, topu kənara çıxardın. Ona görə mübahisə yarandı. Görüşdə çox qol epizodları yaratmadıq. Topun biri dirəkdən qayıtdı. Həqiqətən yaxşı oynadıq. Məncə, heç-heçə ədalətli olardı".
Çalışdırıcı “Hiss edirsiz ki, siz “Neftçi”də işləyəndən sonra çempionatda maraq dəyişib” sualına belə cavab verib: “100 faiz dəyişib. Bundan əvvəl çempionat nə gündə idi?”.
saytlarin hazirlanmasi