Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev iki il fasilədən sonra ilk dəfə “Səbail”in əsas heyətində Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı oyunda iştirak edib.
Sportal.az xəbər verir ki, aldığı zədə səbəbindən futbola fasilə verən Ağayev bu barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
"Baş məşqçimiz Aftandil Hacıyevin qərarına görə, əsas heyətin tərkibində meydançada idim. Mən əgər bu klubun oyunçusuyamsa “hazır deyiləm”, “oynaya bilmərəm” sözünü işlədə bilmərəm. Baş məşqçi deyirsə “oynamalısan” sən də oynamalısan. Yenidən meydanda olmaq və qələbə qazanmaq sevindirici haldır. Oyunda əsas məsuliyyət o idi ki, komandanın əziyyətini yerə vurmamalı idim. Çünki meydanda məndən başqa daha 10 nəfər var idi. Qələbə də, məğlubiyyət də hamımızındır. Kiçik bir səhvlə məğlub ola bilərdik. Lakin qələbə ilə qayıtdıq.
İlk olaraq Aftandil müəllimə çox sağol deyirəm. Əlim gipsdə ola-ola “Səbail”dən zəng gəldi və məni dəvət etdilər. Açıq dedim ki, mən hələ 6-7 ay komandaya xeyir verə bilməyəcəm. Sağalma dövrü, adaptasiya və əvvəlki formama geri qayıtmaq zaman alacaq. Buna baxmayaq, mənə inanıb, güvəndiyinə görə təşəkkür edirəm. Klubun uğurları üçün əlimdən gələni edəcəm. Həmin vaxt bir çoxları inanmırdı ki, futbola geri qayıdım. Zədədən sonra karyeramın sonu olduğunu düşünürdülər. İndi isə təbii ki, əvvəlki formamda deyiləm. Lakin buna zaman və güc lazımdır!.
35 yaşlı qolkiper zədəsinin tam sağalmadığını, "Sumqayıt"la görüşdə ağrılarınnın çox olduğunu Bu dövrdə məşqçilər də, komanda yoldaşlarım da mənə dəstək oldular. Aftandil müəllim zədə almağımdan, qırılmağımdan qorxurdu. Hələ də tam formaya düşməmişəm, artıq çəkim var. Hamısını bir vaxtda atmaq da olmur, bədən zəifləyə bilər. Ona görə də zaman lazımdır. Komandanı motivasiya edirdim ki, narahat olmayın, hər şey yaxşı olacaq, mən rahat oynayacam. İki ildən sonra ilk dəfə meydanda idim və ağrılarım çox idi. Oyun ümumi baxanda yaxşı keçdi və uğur qazandıq. Normal həyatımda zarafatcıl, gülən-danışan biriyəm. Sadəcə iş başında olanda 90 dəqiqə başqa adam oluram. Qışqırıram, əsəbi oluram və s. Komanda yoldaşlarım bundan incimirlər, artıq öyrəşiblər".
Ağayev milli komandaya qayıtmaq üçün yox, futbola qayıtmaq üçün forma yığıdını deyib: "Milliyə qayıtmağımla bağlı mənə çoxlu suallar gəlir. Bu günə kimi yada düşmürdüm. 90 dəqiqə meydanda olmuşam deyə indi mətbuatda müzakirə olunuram. Hazırda mən milli yığmaya qayıtmaq üçün yox, futbola qayıtmaq üçün forma yığıram. Əgər mənim yığma komandada oynamaq üçün çalışdığımı düşünənlər varsa, bu, yanlış fikirdir. Futbolçu sadəcə milli yığmada oynamaq yox, xeyir vermək üçün çalışmalıdır. Hazırda millidə yaxşı qapıçılarımız var və yetişirlər. Haqqımda çox şey yazırlar. Mənfi yazılanlara isə fikir vermir, həmin yazı ilə bağlı heç kimə geri zəng də etmirəm. Məni tanıyan və vicdanı olan şəxs düzgün yazar. Zədə aldıqdan və futboldan uzaq düşdükdən sonra çox insanın üzünü gördüm. Bir də qeyd etmək istəyirəm ki, meyxana demək mənim hobbimdir. Bunun oyunuma heç bir aidiyyatı yoxdur. Bu mövzunu qabardıb, zarafata çevirmək isə heç xoş deyil".
saytlarin hazirlanmasi