Azərbaycan Kubokunun 1/4 finalının cavab oyununda “Qəbələ” “Qarabağ”ı qəbul edir.
Sportal.az xəbər verir ki, meydan sahibi matçdan öncə anlamlı addımla yadda qalıb. Komanda üzvləri meydana Qəbələdən olan Vətən müharibəsi şəhidlərinin şəkilləri əks olunmuş köynəklərlə şıxıblar.
Bundan başqa, qəbələli qazilər meydana dəvət olunub. Klub prezidenti, özü də Vətən müharibəsində iştirak etmiş Fariz Nəcəfov onlara müxtəlif hədiyyələr təqdim edib.
saytlarin hazirlanmasi