"Zirə" və "Keşlə" də yarımfinalda - YENİLƏNİB

19:22 - 7 Fevral 2021

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, “Kəpəz” doğma meydanda ilk matçda 0:1 hesabı ilə uduzduğu “Keşlə”ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Mərhələnin sonuncu matçında isə “Neftçi” ilk qarşılaşmada 0:1 hesabı ilə məğlub olduğu “Zirə”nin qonağı olub. Qarşılaşmada hesab açılmayıb

 

Bu nəticələrdən sonra "Keşlə" və "Zirə" yarımfinalda rəqib olublar.

 

Ötən gün keçirilən oyunlardan sonra "Sumqayıt" və "Qarabağ" yarımfinalda rəqib olmuşdular.

 

7 fevral (bazar)

“Kəpəz” – “Keşlə” - 0:2

Qol: Rəhman Hacıyev, 53, Abanq, 90

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamal Umudlu

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Gəncə şəhər stadionu, 14:30

 

“Zirə” – “Neftçi” - 0:0

Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Nahid Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Zirə İdman Kompleksinin stadionu, 17:30

Xəbər xətti