Hektor Belyerin: "Veqan olandan sonra həyatım dəyişdi"

13:50 - 8 Fevral 2021

"Arsenal"ın müdafiəçisi Hektor Belyerin veqan olduqdan sonra həyatında önəmli dəyişiklik olduğunu bildirib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu 2019-cu ildə ağır zədədən veqan olması sayəsində tez qayıtdığını deyib:

 

"Veqan yaşayış tərzi ilə zədədən daha tez qayıtdım. 3 il əvvəl bu yolu seçdim. İndi gündəlik qərarlarımı daha şüurlu şəkildə verirəm. İlk vaxtlarda çətin idi, alış-veriş həyatımın önəmli parçası idi. Zamanla anladım ki, bu, təbiətə ziyandır, ətrafın çirklənməsini anladım və hələ necə yaşayacağımı öyrənməyə davam edirəm. Həyatda israf etməmək üçün yeni şeylər öyrənirəm. Yeni dəri pencək almıram, köhnələri geyinirəm. Keçmiş köynəklərimdən yastıq düzəltmək hobbimə çevrilib".

Xəbər xətti