İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Siti"yə uduzan "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasına inandığını bildirib:
"Oyunun böyük hissəsini yaxşı keçirtdik. Sizdən daha fərqlisini görə bilirəm. İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra "Mançester Siti" sistemini dəyişdi. Bu dəyişikliyə reaksiya versəydik, yaxşı mübarizə apara bilərdik. Buna görə də ikinci hissədə zəif oynadıq. Onlara həddən artıq çox fürsət verdik. Hesabı bərabərləşdirdikdən sonra yaxşı oynamağa başladıq, amma 2 kobud səhvdən sonra qolları buraxdıq. Matçın bəzi hissələrindəki oyunumuzu davam etdirsək, qələbələrimiz olacaq, 100 faiz əminəm. Alisson Bekerə gəlincə, onu bəzi epizodlarda tanıya bilmədik, əsas da ilk səhvində. İkinci səhvdə də pis ötürmə etdi. Bəlkə də ayaqları üşüyürdü, gülməli gəlir, amma bilmirəm bu vəziyyəti. Alisson bir neçə dəfə bizi xilas edib, buna şübhə yoxdur, ancaq bu gecə səhvlər etdi. Buna baxmayaraq, o, dünya səviyyəli qolkiperdir".
saytlarin hazirlanmasi