Çempionlar Liqasının 1/8 final mərhələsin keçiriləcək “Atletiko” – “Çelsi” matçının yeri dəyişdirilib.
Sportal.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Madriddə yox, Rumıniyanın paytaxtı Buxarestdə keçirləcək.
Buna səbəb London klubunun koronavirusa görə İspaniyaya gedə bilməməsidir. Qarşılaşma fevralın 23-də təşkil ediləcək.
Eyni səbəbdən “Leyptsiq” – “Liverpul” matçı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
saytlarin hazirlanmasi