AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlərlə əlaqədar tədbirlər görülüb.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubu AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün 800 manat cərimə olunur;
1/4 final mərhələsinin “Səbail” – “Sumqayıt” oyununun 76-cı dəqiqəsində “Səbail” klubunun baş məşqçisinin köməkçisi Vüqar Məmməd matçın köməkçi hakimi Cavanşir Yusifovu vurduğuna görə Azərbaycan Kuboku görüşlərində 20 oyun cəzalanır, klub 16 000 (on altı min) manat cərimə olunur;
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
1/4 final mərhələsinin “Kəpəz” – “Keşlə” oyununda pirotexniki maddələrdən istifadə olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;
Diktor məlumatları vaxtında vermədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur;
Görüşdə yanğınsöndürən nümayəndə təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;
“Keşlə” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunur;
“Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
1/4 final mərhələsinin “Zirə” – “Neftçi” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi