"Mançester Yunayted"də Poqba şoku

14:36 - 9 Fevral 2021

"Mançester Yunayted"in zədəli futbolçusu Pol Poqbanın durumu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü bir neçə həftə "qırmızı şeytanlar"a kömək edə bilməyəcək. Bu barədə komandanın çalışdırıcısı Ole Qunnar Sulşayer məlumat verib.

 

27 yaşlı oyunçu Premyer Liqanın 23-cü turunda "Everton"la keçirilən matçda (3:3) zədələnmişdi. Poqba bu mövsüm keçirdiyi 28 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti