"Mançester Yunayted"in Avropa Liqasındakı oyunu İtaliyada baş tutacaq

17:25 - 9 Fevral 2021

Avropa Liqasının 1/16 final mərhələsinin “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) matçının məkanı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma İspaniyada deyil, İtaliyada keçiriləcək.

 

Buna səbəb koronavirus pandemiyasına ilə əlaqədar İspaniya və İngiltərə arasındakı beynəlxalq uçuşlara məhdudiyyətlərin qoyulmasıdır.

 

Qarşılaşma fevralın 18-i  “Yuventus”un ev oyunlarını keçirdiyi “Alyans Stadium”da keçiriləcək.

Xəbər xətti