Azərbaycan millisinin Qətərlə keçirəcəyi matçın məkanı açıqlandı

13:22 - 10 Fevral 2021

2022-ci ildə futbol üzrə dünya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək. Bu gün bu barədə UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

 

Martın 27-də "Generali Arena"da keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

 

Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Xəbər xətti