Premyer Liqa klubunda yeni müqavilə

16:49 - 10 Fevral 2021

İngiltərənin "VUlverhempton" klubu futbolçusu Xonni Ottonun müqaviləsini yeniləyib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı oyunçu ilə 2025-ci ilin iyunun 30-dək yeni sözləşmə bağlanılıb.

 

"Canavarlar" sol cinah müdafiəçisini 2018-ci ildə "Atletiko"dan 21 milyon avroya transfer edib. 26 yaşlı futbolçu komandada 88 oyun keçirib. O, dizindən aldığı ağır zədəyə görə 6 ay yaşıl meydanlardan uzaq qalmış və fevralın 7-də "Lester Siti" ilə matçda (0:0) geri dönmüşdü.

Xəbər xətti