Veteran futbolçu, vaxtilə Azərbaycan Premyer Liqasında müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində çıxış etmiş Vüqar Nadirovun yeni işi məlum olub.
Sportal.az xəbər verir ki, Nadirov MFL-in direktoru təyin olunub. Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.
Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub.
MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.
saytlarin hazirlanmasi