Şotlandiyanın "Reyncers" klubunun baş məşqçisi Stiven Cerrard "Liverpul"dakı karyerasından danışıb.
Sportal.az xəbər verir ki, o, Fernando Torresin "Liverpul"dan "Çelsi"yə keçməsinə üzüldüyünü bildirib:
"Torreslə kifayət qədər oynaya bilmədim, çünki "Çelsi"yə getdim. Onun bu hərəkəti qəlbimi qırdı. Özümü çox pis hiss elədim. Böyük addımlar atdığımızı və yaxşı irəlilədiyimizi hiss edərkən bir anda möhtəşəm futbolçu komandadan ayrıldı. Torreslə birlikdə çox qol vururdum. Mən də ən yaxşı zamanımda idim və çox qollar vururdum. Fernandoya dedim və komandada qalması üçün çalışdım. Agenti ilə də söhbət etdim. Ancaq qərar verdilər və onların fikrini dəyişmək üçün nəsə edə bilmədim. Çox üzülmüşdüm.
Hər kəsin fərqli vəziyyətdə olduğunu anlayıram. İnsaların xəyalları və öz yolları var, hər kəs klubunu sevən insan deyil. Bunlara hörmətlə yanaşıram, ancaq klubdan kimsə ayrılanda pis oluram. Fernando Torres və Luis Suareslə ən yaxşı vaxtlarımda oynamışam. Mənə hər gün hansının ən yaxşı olduğunu soruşsanız, fikrim eyni qalacaq. Suares bir heyvandır, Torreslə isə ən yaxşı illərimi keçirdim".
saytlarin hazirlanmasi