Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. “ASK Arena”da baş tutan qarşılaşma qonaqların 13:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamız qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.
AÇ-nin seçmə mərhələsi
D qrupu
Azərbaycan – İspaniya 0:13
Qol: E.Qonsales, 21; 24; 30; 31; 87. C.Hermoso, 33; 43; 67; 82; 90+3. M.Kaldentey, 57. E.Navarro, 75. N.Eysaquirre, 84.
Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya).
Bakı, “ASK Arena” stadionu.