"Neftçi" "Qəbələ"ni məğlub etdi, "Zirə" "Keşlə" ilə bərabərə qaldı - YENİLƏNİB

19:58 - 20 Fevral 2021

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

 
Turun son matçında isə lider “Neftçi” “Qəbələ”ni qəbul edib. Oyunda hesab açılmayıb.

 

20 fevral (şənbə)

“Keşlə” – “Zirə” - 2:2

Qollar: Nicat Qurbanov, 19, Sadio Tounkara, 22 - Klesio Bauk, 17, David Volkov, 73

Qırmızı vərəqə: Dmitrios Çantakias, 60 ("Zirə")

Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”, 16:00

 

“Neftçi” –“ Qəbələ” - 1:0

Qol: Emin Mahmudov, 90+4

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”, 18:00.

Xəbər xətti