"Liverpul"da daha bir ciddi itki: kapitan da sıradan çıxdı

10:52 - 21 Fevral 2021

"Liverpul"un daha bir futbolçusu zədə kabusunun qurbanı olub.

 

Sportal.az xəbər verir ki, bu dəfə komandanın kapitanı Cordan Henderson sıradan çıxıb. İngiltərə millisinin üzvü Premyer Liqanın 25-ci turunda "Everton"la matçda (0:2) əzələsini dartıb. Oyundan sonra komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun durumunun yaxşı olmadığını deyib:

 

"Tibb işçilərimizdən kimsə pozitiv danışmadı. Qasıq nahiyəsindən zədə alıb. Tibbi müayinədən sonra durumuna tam aydınlıq gələcək".

 

"Liverpul"da bu mövsüm Vircil van Deyk, Jozef Qomes, Fabinyo, Joel Matip, Dioqo Jota, Nəbi Keyta kimi futbolçular da zədədən əziyyət çəkirlər. Hendorson zədəli futbolçuların çox olmasına görə müdafiənin mərkəzində çıxış edirdi.

 

 30 yaşlı futbolçu bu mövsüm keçirdiyi 28 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti