"Onunla söhbətdə inam hiss etdim, "Qəbələ"yə gəlməyimi istədilər"

14:32 - 22 Fevral 2021

"Belçikanın "Ostende" klubundakı ilk mövsümdə 7 ay oynamadım, sonra "Ruselare"yə icarəyə veriləndə çox matçda meydana çıxdım. Dizimdə ağrılar yox idi. Mənim üçün həmin an faydalı oldu. Növbəti mövsümdə isə meydan üzü görmədim".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Footmercato" nəşrinə müsahibəsində "Qəbələ"nin fransalı futbolçusu Nikolas Raysel karyerası barədə danışarkən deyib.

 

28 yaşlı yarımmüdafiəçi 2020-ci ilin əvvəlində "Qəbələ"yə keçdiyi dönəmi də xatırlayıb. O bildirib ki, 2019/2020 mövsümünün ilk yarısında yalnız iki oyunda meydana çıxıb:

 

"Qış transfer pəncərəsi başladı. Belə davam etmək mümkünsüz idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransanın ikinci liqasından belə, təklif yox idi. Ancaq üç il əvvəl həmin liqada ən yaxşı oyunçu seçilmişdim. İnsanlar məni bir az unutmuşdular.

 

Bütün bunlardan uzaqlaşmağa və yeni ölkədə sıfırdan nə isə etməyə qərar verdim. Dostum Abdelrafik Jerar "Qəbələ" ilə müqavilə bağlamışdı. O, idman direktoru ilə mənim barəmdə danışdı və videolarıma baxdılar. Onunla söhbətimdə əsl inam hiss etdim və gəlməyimi istədilər. Mənim də istədiyim inam, oyun şansı və yeni başlanğıc idi. Burada yeni başlanğıc üçün hər şey mövcud idi".

Xəbər xətti