Xocalı faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq, Premyer Liqanın 17-ci turunda keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
Sportal.az xəbər verir ki, turun oyunları fevralın 25-də baş tutacaq.
Hesabat turunda "Zirə" - "Neftçi", "Qəbələ" - "Sumqayıt", "Sabah" - "Keşlə" və "Qarabağ" - "Səbail" oyunları keçiriləcək.
saytlarin hazirlanmasi