Azərbaycanın U-21 millisinin üzvü İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Samtredia" ilə müqavilə imzalayıb. Yüksək liqa klubu müqavilənin detallarını açıqlamayıb.
"Xəzər Lənkəran"ın yetirməsi 2019-cu ildə MOİK-lə divizion çempionluğu yaşayıb, "Qarabağ"ın U-19 komandasında UEFA Gənclər Liqasının iştirakçısı olub. O, son olaraq "Neftçi"də çıxış edib.
saytlarin hazirlanmasi