"Atalanta" - "Real" oyunu sükutla başlayacaq

15:15 - 24 Fevral 2021

Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” - “Real” matçı 1 dəqiqəlik sükutla başlayacaq.

 

Sportal.az xəbər verir ki, bu, İtaliya klubunun futbolçusu Villi Ta Binin ölümü əlaqədardı. Oyunçunu yad etmək məqsədi ilə matç 1 dəqiqlik sükutla başlayacaq.

 

Fil Dişi Sahili yığmasının da üzvü olan Villi Ta Bi uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

 

Bu gecə keçiriləcək "Atalanta" - "Real" matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Xəbər xətti