Kamoranezi işsiz qaldı

19:08 - 24 Fevral 2021

Sloveniyanın “Maribor” klubu baş məşqçisi Mauro Kamoranezi ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

 

Argentina əsilli italiyalı çalışdırıcı ötən ilin sentyabrında “Maribor”un baş məşqçisi təyin edilmişdi.

 

“Maribor” bu mövsüm çempionatda keçirdiyi 23 oyundan sonra topladığı 43 xalla 2-cidir.

 

2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olmuş mütəxəssis “Tabor”, “Tapakula”, “Tiqre” və “Koras de Tepiç” klublarının da baş məşqçisi olub.

Xəbər xətti