Azərbaycan Premyer Liqasının XVII turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın məşqçisi Xaqani Məmmədovun mətbuat konfransı keçirilib.
Sportal.az sizi 45 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Maraqlı oyun oldu. Matça ciddi hazırlaşmışdıq. Rəqibi analiz etmişdik. Komanda əzmkar, istəkli oyun göstərdi və qələbə qazandı.
Hakimlər özləri də oyunu analiz edəcəklər. Düşünürəm ki, həmin epizodlara diqqətlə baxacaqlar. İki epizoddan ən azı birində penalti var idi. Cavabdeh orqanlar özləri baxıb, özləri qərar verər.
Rəqib komanda da yaxşı oyun göstərdi. Biz çalışırdıq ki, xal qazanaq və mövqeyimizi qoruyaq. Futbolçular istəkli və layiqli oyun nümayiş etdirdi.
Hakimlik barədə şikayət etməmişik. Amma qurumlar özləri baxacaq və bununla bağlı qərar verəcək. Ötən matçlarda da hakim səhvləri çox olub. Bu gün də penalti var idi. Cari mövsüm penalti vurmamışıq. Bunun nə ilə bağlı olduğunu bilmirəm”.
saytlarin hazirlanmasi