“Zirə”nin hücumçusu Davit Volkov “Neftçi” ilə buğünkü oyunda (1:0) zədə alıb.
Sportal.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib. O, gürcüstanlı hücumçunun durumunun ciddi olduğunu vurğulayıb: "Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq".
Volkov bu gün Premyer Liqanın 17-ci turunda “Neftçi”yə qarşı görüşdə yeganə qolun müəllifi olub.
saytlarin hazirlanmasi