Son klubu “Zirə” olan Şafiq Tiqrucanın yeni iş yeri müəyyənləşib. Fransalı futbolçu Qazaxıstanın Premyer Liqa klubu “Kaspi”yə keçib. Rusiyanın “Kuban” klubuna qarşı keçirilən yoldaşlıq oyununda iştirak eləyən yarımmüdafiəçi qol da vurub, “Kaspi” 3:0 hesablı qələbə qazanıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, Tiqucanı heyətində görmək istəyən klublar arasında “Keşlə” də var idi. Lakin paytaxt təmsilçisi Əlcəzair əsilli futbolçunun keçidini həll edə bilməyib.
Qeyd edək ki, Şafiq Tiqruca “Zirə”nin baş məşqçisi Samir Abasovun, ondan sonra Zaur Həşimovun vaxtında komandanın aparıcı oyunçularından olsa da, Rəşad Sadıqovun gəlişindən sonra onunla müqavilə uzadılmamışdı.
saytlarin hazirlanmasi