Paraqvaylı futbolçunun milliləşdirilməsi ilə bağlı fikirlər hələ ötən mövsümün gedişində səslənməyə başlamışdı. Milli komandanın baş məşqçisi De Byazi də “Keşlə”nin hücumameylli yarımmüdafiəçisini səbirsizliklə öz sərəncamında görmək istəyir. Lakin bu məsələ dolaşığa düşüb.
Sezar Meza Kolli 2013-cü ildən ölkəmizdə oynadığı üçün ilk baxışdan onun milliləşdirilməsində hər hansı hüquqi əngəl görünmürdü. Lakin sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın paraqvaylı futbolçu üçün etdiyi müraciətə FİFA-dan rədd cavabı gəlib. Məsələ burasındadır ki, Meza Kolli ölkəmizdə fasilələrlə oynayıb və FİFA-nın 5 il yaşamaqla bağlı qaydalarında zəruri olan kvotanı doldurmayıb. Belə anlaşılır ki, Sezar qarşıdakı seçmə mərhələdə milli komandamıza kömək edə bilməyəcək.
Qeyd edək ki, bu mövsüm “Keşlə”yə bir qədər gec qoşulan paraqvaylı futbolçunun aktivində 2 qol var. O, 9-cu turda “Qəbələ”nin, 11-ci turda isə “Sabah”ın qapısına yol tapıb.
saytlarin hazirlanmasi