Millimizlə oyun üçün Serbiyanın heyətində dəyişikliklər - Kolarov, Mitroviç...

10:40 - 2 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Serbiyanın baş məşqçisi Draqan Stoykoviç komandada dəyişikliklər etməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, o, Aleksandr Kolarov, Stefan Mitroviç, Nikola Maksimoviç, Nemanya Matiç, Adam Lyayiç və Luka Milivoyeviçi millidə düşünmür. Yığmanın yeni kapitanı isə böyük ehtimalla, Duşan Tadiç olacaq.

 

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.

Xəbər xətti