DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyada təşkil olunacaq.
Sportal.az xəbər verir ki, görüş Turin şəhərində yerləşən "Yuventus" klubuna məxsus "Allyans" stadionda keçiriləcək.
Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA, Portuqaliya Futbol Federasiyası və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.
Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.
Qarşılaşma martın 24-ü baş tutacaq.
saytlarin hazirlanmasi