Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar verilib:
“Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunub.
“Sumqayıt” – “Zirə” oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunub.
saytlarin hazirlanmasi