UEFA Çempionlar Liqasının 1/8 finalının cavab görüşləri çərçivəsində keçiriləcək "Liverpul" - "Leyptsiq" matçının yerini dəyişdirib.
Sportal.az xəbər verir ki, martın 10-da "Enfild" stadionunda keçirilməli olan görüş neytral meydanda- Macarıstanın paytaxtı Budapeştdəki "Puşkas Arena"da oynanılacaq.
Buna koronavirus pandemiyasının geniş yayılmasına görə İngiltərənin təyyarə uçuşlarını dayandırması səbəb olub.
Komandalar arasında ilk matç da "Puşkaş Arena"da keçirilib. Qarşılaşmada "Liverpul" 2:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi