"Neftçi" Keysuke Honda ilə danışıqlara başladı - AÇIQLAMA

22:08 - 4 Mart 2021

"Neftçi" Yaponiya millisi və İtaliya "Milan"ın sabiq futbolçusu Keysuke Honda ilə danışıqlar aparır.

 

Sportal.az xəbər verir ki, bu barədə paytaxt klubunun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

 

Onun sözlərinə görə, 34 yaşlı yarımmüdafiəçi menecerlər vasitəsilə flaqmana təklif olunub: "Honda ilk dəfə bizə təklif ediləndə ciddiyə almamışdıq. İkinci dəfə isə maraqlı gəldi. Danışıqlar davam edir. Hələ rəsmi bir şey yoxdur".

 

Abdullayev Hondanın özünün də "Neftçi"də oynamaq istədiyini bildirib: "Əsas meneceri qardaşıdır. Özü deyib ki, "Neftçi"yə gəlmək istəyirəm. Biz də may ayınadək onu komandaya cəlb etmək istəyirik" (Report).

 

98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, "Milan"la yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın MOİK (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib. Ulduz futbolçunun son klubu Portuqaliya "Portimonense"si olub. Honda həm də Kamboca millisinin baş məşqçisidir.

Xəbər xətti