AFFA Ukraynada daha bir futbolçunu milliləşdirir

12:12 - 6 Mart 2021

Ukraynanın “Mariupol” klubunun futbolçusu Eldar Quliyev Azərbaycan millisində oynamaq üçün təklif alıb.

 

Sportal.az meta-ratings.com.ua saytına istinadla xəbər verir ki, 18 yaşlı oyunçu AFFA-dan fikirləşmək üçün vaxt istəyib.

 

AFFA Eldar Quliyevdən başqa, Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandanın sıralarına cəlb etmək istəyir.

 

Eldar Quliyev ötən il “Mariupol”la Ukrayna Premyer Liqasında debüt edib. Yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.

 

Eldar 2011-2014-cü illərdə Kiyev “Dinamo”sunun, 2014-2017-də “Dnipro”nun, 2017-2019-cu illərdə isə Donetsk “Şaxtyor”unun aşağı yaş qruplarında çıxış edib. Eldar, 2019-cu ildən “Mariupol”dadır.

Xəbər xətti