"Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Fakundo Melivilonu transfer edib. 28 yaşlı hücumçu ilə mövsümün sonuna kimi anlaşılıb.
Argentinalı futbolçu daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, “Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.