De Byazi: "Portuqaliyalıların əsas problemi bizim onları məğlub edə biləcəyimizi bilməmələridir"

12:12 - 8 Mart 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın TMW radiosuna açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, yığmamızdakı işi və DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarla bağlı danışıb:

 

“Köməkçilərimdən çox razıyam. Ümid edirəm ki, vacib işlər görə biləcək, italyanların ölkə xaricinə qışlamaq və ya vaxt öldürmək üçün getmədiyini sübut edəcəyik. Qarşıda Portuqaliya ilə oyunumuz var. Onların əsas problemləri bizim onları məğlub edə biləcəyimizi bilməmələridi. Ümid edirəm ki, bizimlə oyuna rahat çıxacaqlar”.

 

Azərbaycan yığması martın 24-də İtaliyada Portuqaliya yığması ilə qarşılaşacaq.

Xəbər xətti